Arama
    Ədalət Şükürov & Vüqar Əbdülov — Bağlı Qapı Hakkında

    Ədalət Şükürovun Vüqar Əbdülov ilə birgə ifa etdiyi “Bağlı Qapı” mahnısının 2024-cü il versiyası artıq onlayndır.
    Ədalət Şükürova YouTube-da abunə ol:

    “Bağlı Qapı”-nı rəqəmsal platformalarda dinlə:

    Musiqi: Ədalət Şükürov
    Söz: Ədalət Şükürov, Vüqar Əbdülov
    Aranjiman: Emil Minyaşev, Vasif Arifoğlu

    Əlaqə üçün: info@adaletshukurov.com
    ….

    Ədalət Şükürovu sosial şəbəkələrdə izlə:
    Instagram:
    Facebook:

    Ədalət Şükürovu rəqəmsal platformalarda dinlə:
    Keçid:

    Sözlər:

    [Giriş: Ədalət Şükürov]
    Qapı bağlı qalıb…

    [Bənd 1: Vüqar Əbdülov]
    Bağlanıb eşqin qapısı üzümüzə
    Hey dolur həsrət yağışı gözümüzə
    Çəkdiyimiz ahdır əsən küləklər
    Əsdi xəzan, soldu açan çiçəklər
    Səadətə yoxdur inam zərrəcə
    Həsrət ilə ömür edirik sadəcə
    Bağlıdır eşqin qapısı üzümüzə

    [Nəqərat: Ədalət Şükürov]
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış

    [Keçid: Ədalət Şükürov]
    Dostum deyir: “qayıt”…

    [Bənd 2: Vüqar Əbdülov]
    Bir-birini sevmək idi şərtimiz
    Nə bilərdik, həsrət olar dərdimiz?
    Sanırdıq, yaxındır vüsal dəmləri
    Gözləmədən həsrəti, dərd, qəmləri
    Biz çox acı həsrət ilə görüşdük
    Amansız fələyin felinə düşdük
    Bağlıdır eşqin qapısı üzümüzə

    [Nəqərat: Ədalət Şükürov]
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış

    [Keçid: Ədalət Şükürov]
    Anam küsüb məndən…

    [Bənd 3: Vüqar Əbdülov]
    Həyat fani, ömür qısa, eşq yalan
    Əcəl amansızdır, verməyir aman
    Əgər məhəbbətlə sevirsə ürək
    Hicranı yaxın buraxmamaq gərək
    Biz o qədər bivəfa insanlarıq
    Acı həsrəti dadanda anlarıq
    Bağlıdır eşqin qapısı üzümüzə

    [Nəqərat: Ədalət Şükürov]
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış

    [Keçid: Ədalət Şükürov]
    Qapı bağlı qalıb…

    [Bənd 4: Vüqar Əbdülov]
    Düşünmədik, bir gün gələr ayrılıq
    Bağrımızı deşər, dələr ayrılıq
    Sevgi ilə aşıb-daşır qəlbimiz
    Vüsal arzusuyla coşur qəlbimiz
    Qalmayıbdır dözüm ayrılığımıza
    Səbəb budur bizim ayrılığımıza
    Bağlıdır eşqin qapısı üzümüzə

    [Nəqərat: Ədalət Şükürov]
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış

    [Keçid: Ədalət Şükürov]
    Dostum deyir: “qayıt”…

    [Bənd 5: Vüqar Əbdülov]
    Ülvidir bir-birinə olan sevgimiz
    Yoxdur bizim saxta, yalan sevgimiz
    Candan əzizdir bizə cananımız
    Saxta deyil əhd ilə peymanımız
    Həsrəti bir vaxt yaşadıq, indi isə
    Vəslə yetirdi bizi bu hadisə
    Açıldı eşqin qapısı üzümüzə

    [Nəqərat: Ədalət Şükürov]
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış

    [Bənd 6: Vüqar Əbdülov]
    Bu həm bizim Ədalətin qapısıdır
    Həm də nakam məhəbbətin qapısıdır
    Çox aşiqlər bağlı qapı dalında
    Kərəm odda, Qeys Məcnun halında
    İndi sən Ədalət ilə mən Vüqar
    Həsrətin qapısına tapmışıq açar
    Açılmış eşqin qapısı üzümüzə

    [Nəqərat: Ədalət Şükürov]
    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış

    Axtarır məni külək
    Yalvarır sərin yağış
    Axtarır coşqun ürək
    Yalvarır, barış, barış
    Axtarır məni külək
    Yalvarır sərin yağış

    Ədalət Şükürov tərəfindən Vüqar Əbdülovun iştirakı ilə ifa olunan “Bağlı Qapı” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2024

    Etiketlər:

    #ƏdalətŞükürov​ #VüqarƏbdülov #BağlıQapı #mikpro

    Ədalət Şükürov & Vüqar Əbdülov — Bağlı Qapı Hakkında
    Yorum Yapabilirsiniz:
    En Popüler Şarkılar
    Kutsi – Doğum Günü

    İzlenme :

    Kategori : Genel

    3 ay önce yayınlandı

    GÜLŞEN KUTLU – AHU GÖZLER

    İzlenme :

    Kategori : Genel

    2 ay önce yayınlandı

    TUSK I BODNAR STANĄ PRZED SĄDEM!

    İzlenme :

    Kategori : Genel

    2 ay önce yayınlandı

    Gülizar 2. Bölüm

    İzlenme :

    Kategori : Genel

    2 ay önce yayınlandı

    Yangın Olur Biz Yangına Gideriz

    İzlenme :

    Kategori : Genel

    2 ay önce yayınlandı

    Gülizar 2. Bölüm Fragmanı

    İzlenme :

    Kategori : Genel

    2 ay önce yayınlandı

    VIDRADO EM VOCE – DJ GUUGA E

    İzlenme :

    Kategori : Genel

    2 ay önce yayınlandı

    WAIT FOR THE END! 🤣 Vidrado Em V

    İzlenme :

    Kategori : Genel

    2 ay önce yayınlandı

    Gülizar, Babasının Evinden Kovul

    İzlenme :

    Kategori : Genel

    2 ay önce yayınlandı

    İlker Gürsan – Bu Dünyada

    İzlenme :

    Kategori : Genel

    4 ay önce yayınlandı